seirler.info
Adınla öyünürük
(Sevda İbrahimli)
Zahid Azad oğlu Zahirli xatirəsinə...
Yardımlı dağında açıldı səhər,
Dünyaya göz açdı bir igid dəyər.
Zahid doğulanda duydu bu vətən,
O, şəhid olacaq nur üzlü bədən.
Altı uşaqdan bir çıraq parlaq,
Zahid ailəsinə bir ümid ocaq.
Əlində kitabla, könlü sabahda,
Göz açmış dünyaya o bir baharda.
Böyüdü sevdalı o Vətən tağı,
Zahid çiçək açmış sanki gül bağı.
İnşaat bilirdi, qurmaq istədi,
Gələcək arzulu dolu ürəkdi.
Vətəni çağırdı,getdi savaşa,
Zahid xatirədə döndü yaddaşa.
Ən çətin anlarda döyüşdü oda,
Döndü vətənində torpağa daşa.
Snayper tüfəngin tutdu əlində
Hədəfi azadlıq, nifrət düşmənə.
Oldu Füzuli, Cəbrayıl səngər,
Əsgər yoldaşına can səddi,sipər.
Oktyabr səkkizi,yazıldı tarixə,
Şəhadət zəfəri oldu abidə.
Əsgərini qorudu yolunda getdi,
Can verdi o amma Vətən dirildi!
Onun qanı axdı torpağa nurla,
Millətim baş əydi sevgi qürurla.
Prezidentim verdi şərəf nişanın
"Vətənin uğrunda" yazıldı adın.
Sən yat indi rahat, Dəlləkli sənin,
Ulduzlar başında, torpaq vətənin.
Anan dua edir, göy üzündə zər,
Adınla öyünür Zahid bir əsər!
06.04.2025
_______________________________________________
Teqlər: Sevda İbrahimli şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri