logo

seirler.info

Ağlama ana

    (Elvin Elxanoğlu)
    
    Bu gün şəhadətə yüksəlmişəm mən,
    Təki bölünməsin qoy ana vətən.
    Ruhum sizinlədi, köçübdü bədən,
    Qoymadım düşməni girsin yurduma...
    Fəxr elə oğlunla, ağlama, ana!
    
    Şəhidlik ən uca zirvədi, inan,
    Bunu təsdiq edir müqəddəs Quran.
    Mənəm o əlçatmaz zirvədə duran,
    Cənnəti bəxş edib Rəbbim quluna...
    Fəxr elə mənimlə, ağlama, ana!
    
    Vətəni canımdan üstün bilmişəm,
    Xalqım tərəfindən mən sevilmişəm.
    Türkəm, bir ölmüşəm, min dirilmişəm,
    Qəhrəman deyirlər sənin oğluna...
    Fəxr elə mənimlə, ağlama, ana!
    
    Xalqıma son sözüm budur, nəhayət:
    Ailəm və torpağım sizə əmanət.
    Tanrı şəhidinə veribdi qiymət,
    Üzüağ gedirəm mən hüzuruna...
    Fəxr elə oğlunla, ağlama, ana!
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər