logo

seirler.info

Ağlama,"Şəhid anası"!

    (Xalidə Nuray)
    
    Qəlbin içir göz yaşını,
    Üzündə qırış ağlayır.
    Üşüyən məzar daşını,
    Zəfər mehi sığallayır
    Şəhid qanı hürr mayası,
    Ağlama,"Şəhid anası"!
    
    Ayrılıq susmur içində,
    Mizrabsız ozan olmusan.
    Azan xəyalın alnında,
    Bəxtini pozan olmusan.
    Sağalmaz hicran yarası,
    Ağlama,"Şəhid anası"!
    
    Evə qəfil dönüşünə,
    Ağı deyib,oxşayırsan.
    Nişanəsiz gedişinə,
    Odsuz alışıb yanırsan,
    Sönməz ki,oğul yanğısı,
    Ağlama "Şəhid anası"!
    
    Əksi sinib gözlərinə,
    Ətri burnunu göynədir.
    Zəfər qoxulu balanın,
    Ruhu, nur əmən göydədir.
    Şəhidlikdir"Ər qalası"...
    Ağlama "Şəhid anası"!



    ______________________________________________
    Teqlər: Xalidə Nuray şeirləri, 
    Xalidə Nuray ağlama şəhid anası şeiri,
    aglama sehid anasi seiri Xalide Nuray,
    xalide nuray seirleri,şeirlər,şeir
     
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər