logo

seirler.info

Allah

    (Ramiz Rövşən)
    
    Gecə birin yarısıdı, 
    Nə dünəndi, nə sabah. 
    Iki günün arasında 
    Canım sıxılır, Allah. 

    Ulduzlardan yuxarısan, 
    Qorxuram yıxılasan. 
    Sən də bir az yuxulusan, 
    Mən də yuxulu, Allah. 

    Düşüb ev-ev, küçə-küçə, 
    Dünyanı gəzir əcəl. 
    Bütün ölənlər bu gecə 
    Səndən çıxılır, Allah.

    Doğulan sənə vurulur, 
    Sən verən dinə vurulur, 
    Bir olan minə vurulur, 
    Bəndən çoxalır, Allah.

    ... Nə qədər ki, göy üzü var, 
    Göydə hamının gözü var, 
    Sən də bax, bəlkə nəsə var, 
    Səndən yuxarı, Allah?!
  


    _____________________________________
    Teqlər: Ramiz Rövşən şeirləri, 
        Ramiz Rövşən, şeir, şeirlər,
        Ramiz Rovsen seirleri, Allah şeiri, 
        seirler, Allah seiri, super şeirlər,
        Ramiz Rövşən Allah şeiri 
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər