logo

seirler.info

Tərpənmə, amandır, bala, qəflətdən ayılma

    (Mirzə Ələkbər Sabir)

    Tərpənmə, amandır, bala, qəflətdən ayılma!
Açma gözünü, xabi-cəhalətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!

Aldanma ayıqlıqda fəraqət ola, heyhat!
Qəflətdə keçənlər kimi ləzzət ola, heyhat!
Bidar olanın başı səlamət ola, heyhat!
At başını yat, bəstəri-rahətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!

Açsan gözünü rəngü məşəqqət görəcəksən,
Millətdə qəm ümmətdə, küdurət görəcəksən,
Qıldıqca nəzər millətə heyrat görəcəksən,
Çək başına yorğanını, nikbətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!

Bir ləhzə ayıldınsa, qutar canın yuxla,
At tiryakını, meyl elə qəlyanını, yuxla,
İncinsə sağın, ver yerə sol yanın, yuxla,
İllərcə şüar etdiyin adətən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!

Göz nurudur uyqu, onu dur etmə gözündən,
Yol vermə məbada çıxa bir ləhzə sözündən,
Amma elə bərk yuxula ki, hətta get özündən,
Afaqı tutan şurü qiyamətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!

-Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, 
"Turan" nəşrlər evi, 2002. səh. 32


______________________________________________
Teqlər:  Mirzə Ələkbər Sabir şeirləri, 
Mirzə Ələkbər Sabir qəflətdən ayılma şeiri,
şeirlər, qefletden ayilma seiri sabir, seirler,
Tərpənmə amandır bala qəflətdən ayılma

#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər