logo

seirler.info

Anacan

    (Elvin Elxanoğlu)
    
Üzərindən neçə il keçsə dəyişməz bilirəm,
Ən şirin nəğməm olubdur axı laylan  anacan.

Yatmayıb sübhə qədər çəkmisən hər nazımızı,
Xəstələnsəm sən olubsan mənə loğman anacan.

Ömrünü şam kimi övladı üçün yandırıb o,
Yanıb hər halımıza həmişə candan anacan. 

Canı ağrırsa əgər hamı anasın çağırır,
Keçəcək ağrıları söyləsə bir "Can" anacan.

Ayağın altına sərmiş Yaradan Cənnətini,
Bu səbəbdən də müqəddəs olan insan, anacan.

Ödənilməz ki sənin haqqın a Cənnət qoxulum, 
Adına təzim edir cümlə müsəlman, anacan. 

Verilib hamıya bir can, ki əmanəti-Xuda, 
Sənin üçün edərəm canımı qurban, anacan.

Varlığın övlada zinətdi əvəzsiz biləsən,
Çoxuna həsrətin olmuş qara zindan anacan.

Gözümün nuru anam, dərdimə candan yananım,
Aldığın hər nəfəsin dərdimə dərman, anacan.

İllər artıq anamın dən düşürüb saçlarına,
Necə zalım və amansızdı bu dövran, anacan.

Desələr ən xoş anın hansı zamandır Elvin,
Deyərəm ən xoş anım sən gülən hər an, anacan.
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər