seirler.info
Anama...
(Nüsrət Kəsəmənli)
Bunədir...
vaqona sükut endimi
Təkərlər susubdur, niyə dinməyir?
Ay ana, əllərin göyərçindimi
Çırpınır...
qatara çata bilməyir?
Geyindi tüstünü qatar don kimi,
Nə dedin...
sözün də ağzında qaldı.
Qatardan açılmış bir vaqon kimi
Vağzalda qaldın...
Sükutmu qırıldı,
bəs bu nə səsdir?
Mən elə bildim ki, yağışdır, ana!
Bir dolça su səpdin arxamca,
bəsdir,
Gözünün yaşını yığışdır, ana!..
Çəkib nəfəsini susur çöl;
bayır,
Uzanıb yolları duyğuların da.
Qatarın deyəsən gücü çatmayır;
Qatara qoşulub qayğıların da.
Bu necə aynlıq?..
Yoxdur səda, səs,
Təsəlli həsrəti yıxa bilməyir.
Bayaqdan yol gedir,
qatar nədənsə
Hələ də vağzaldan çıxa bilməyir...
_____________________________________
Teqlər: Nüsrət Kəsəmənli şeirləri ,
Nusret Kesemenli, seirler,
Nusret Kesemenli seirleri,
anama şeiri, anama seiri ,
Nusret Kesemenli anama,
Nüsrət Kəsəmənli anama şeiri,
ayrılıq şeirləri, şeir,
sevgi şeirləri, super şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri