logo

seirler.info

Ana

    (Rəşad Azəri)
    Öz anamın timsalında 
    bütün analara ithafən...

 Mənim anam dünyaların gözəli,
 Mənim anam varlığımın əzəli,
 Mənim anam sevgilərin özəli,
 Sənsiz həyat mövcud deyil, ay ana!

 Gündüzlərin lal olduğu gecəni,
 Laylasına uyuduğum gecəni,
 Bu dünyaya doğulduğum gecəni
 Necə geri verim sənə pay, ana?! 

 Nəfəsində böyüyüb boy atdığım,
 Gözlərinin yuxusunda yatdığım...
 Qoxusundan doymadığım varlığım,
 Tapılarmı görən sənə tay, ana?!
 
 Sənsən mənim yer üzündə mələyim,
 Səndən başqa yox gümanım, köməyim.
 İcazə ver, bu kəlməni mən deyim:
 – Yat, anacan, yat, ana, lay-lay, ana!



  
_______________________________________________
Teqlər:
Rəşad Azəri şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər