seirler.info
Ana yurdum
(Xalidə Nuray)
Darıxmışam-
uşaqlıq illərinin,
şirin xatirəsinə.
Kəndimizin gecəsinə
hay-haraylı səhərinə...
Sübh çağı oyanıb,
Xoruzun ban səsinə,
pəncərədən yarıyuxulu
boylanıb...
qoyun-quzu mələşməsinə,
Təbiətin ecazkar
nəğməsini duymağa,
çox darıxmışam.
Dağətəyi yaylağınıın,
tər-təmiz havasını,
ciyərimə çəkməyə,
"Qızlar" bulağının...
buz suyundan içməyə,
lap yanıxmışam....
Yaşıl yamaclarında,
kəklikotu, bir də çaşır, bolunu,
baldırğanı, qazayağı, şomunu...
əlimlə yığmağa,
çox darıxmışam...
Ordubad limonu,
Şahbuzun balı,
Sədərək üzümü,
həm də, doşabı,
Şərurun göycəsi,
ərik, şaftalı...
dadını almağa,
çox alışmışam.
Yığışıb təndir başına,
baxmazdıq,
tüstüdən anamın...
yanağında göz yaşına.
Dartışardıq,
bölüşməkçün,
bişirdiyi fətirini, lavaşını...
Yaman darıxmışam
Görməkçün anamın
O müdrik baxışını...
35 illik həyat yollarının ağırlıqlarını
çiyinlərimizdə,əzablarını isə qəlbimizdə
"gülə-gülə" daşıdıq...
"35 illik ömrümüzdən düşən ləçəklərin
ağrısına birlikdə məlhəm olduq"
______________________________________________
Teqlər: Xalidə Nuray şeirləri,
Xalidə Nuray ana yurdum şeiri,
ana yurdum seiri Xalide Nuray,
xalide nuray seirleri, şeirlər
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri