seirler.info
Həsrətinə and olsun
(Aytəkin Səfərəliyeva)
Elə bilmə bacarmır
Sevənlər unutmağı.
Sevənlər tez unudur
Gecələri yatmağı.
Sevənlər əzab çəkər
Eşq yolunu gedəndə.
Sevənlər tez inanar
həsrətə and içəndə.
Sevənlər qatil olub
Hissini boğa bilir.
Həsrət çəkən gözləri
Çox vaxt yalandan gülür.
Sevənlərin saçına
Erkən düşür bir az dən.
Həsrətinə and olsun
Unutmhşam səni mən.
_______________________________________________
Teqlər: Aytəkin Səfərəliyeva şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri