logo

seirler.info

Apardı sellər Saranı

    (Nüsrət Kəsəmənli)
    
    Ağla, Xan Çobanım, ağla,
    Apardı sellər Saranı.
    Daha qəmə könül bağla,
    Bağlayan yoxdu yaranı.
    Əlin yetməz, ayaq saxla,
    Ölüm kəsibdi aranı;
    Yerə, göyə qarğış etmə,
    Apardı sellər Saranı...
    
    Nəyin vardısa, varını-yoxunu apardı ölüm.
    Sevinc payın az olacaq,
    Çoxunu apardı ölüm.
    Nahaq yerə mürgüləmə,
    Yuxunu apardı ölüm,
    Yolları gəl yorma belə,
    Axtarma, dağı-aranı, –
    Apardı sellər Saranı.
    
    Sellər hardan biləydi ki,
    Baharın qışa dönəcək.
    Qəmdən ağırdı yorğanın,
    Yastığın daşa dönəcək.
    Kimlər qadanı alacaq,
    De, kimlər başa dönəcək?!
    Ömrünü qurban verdiyin
    O xoşbəxt çağların hanı? –
    Apardı sellər Saranı...
    
    Tavan başına enəcək,
    Divarlar sıxacaq Səni,
    Sara bir ehtiyac olub,
    Qarşına çıxacaq Sənin.
    Min dərd olsa yıxılmazdın,
    Bu dərdin yıxacaq Səni...
    Sevincimi tanımışdın,
    İndi də qəmini tanı,
    Ağla, Xan Çobanım, ağla,
    Apardı sellər Saranı...
  
  
  
    _____________________________________
    Teqlər:  Nüsrət Kəsəmənli şeirləri ,
    Nusret Kesemenli, seirler,
    Nusret Kesemenli seirleri,
    apardı sellər saranı şeiri,
    Nüsrət Kəsəmənli apardı sellər saranı,
    apardi seller sarani, 
    ayrılıq şeirləri, şeir,
    sevgi şeirləri, super şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər