logo

seirler.info

Asan deyil

  (Sevda İbrahimli)
  Sözə Qurban Olmaq Asan Deyildir...

    Əlim qələmdədir, könlüm səfərdə,
    Duyğular səssizdir, sükut kəfəndə.
    Hər kəs yaza bilər bir neçə misra,
    Amma şair olmaq, qismətdir yəqin.
    
    Qur’anın kölgəsi düşər vərəqə,
    Hər söz məsuliyyət, dönməz geriyə.
    Yazdığın sətirdə əxlaq, vicdan var,
    Sözlə oynamaq yox, bir yük daşıyar.
    
    Bəzən bir hecadan aləm dəyişər,
    Bəzən bir nöqtəylə könüllər bişər.
    Şair,sözün ruhu, sözün nəfəsidir,
    O, Allahdan gələn səsin sədadır.
    
    Kimsə yazır, deyər "şeir yazıram",
    Amma ruhu yoxsa, sözdə azıram.
    Rəsmiylə söz çəkib tələyə salmaz,
    Şair haqq danışar, yalanlar yazmaz.
    
    Əgər misralardan nur süzülmürsə,
    Əgər könüllərə yol düzülmürsə,
    Onda qələm sənə əmanət deyil,
    Sən şair deyilsən, yadda saxla bil!
   
    11.04.2025


  
_______________________________________________
Teqlər:
Sevda İbrahimli şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər