logo

seirler.info

Ata və ana

    (Elvin Elxanoğlu)
    
    Ata dəyərini bilmək istəsən,
    Məzarı başında durandan soruş.
    Ana dəyərini bilmək istəsən,
    Ağrıdan “ay ana” deyəndən soruş.

    Atadı bizlərin arxa-dirəyi,
    Onunla çətinlik tanımırıq biz.
    Ən zərif ürəkdi ana ürəyi,
    O varsa, dünyada yoxdu dərdimiz.

    Ata çətin anda gərəyimizdi,
    Onunla ən çətin asandı bizə.
    Ana qoruyucu mələyimizdi,
    Ömrünü calayır o ömrümüzə.
    
    Oğulçün atanın yeri başqadı,
    Məğrurluq, kişilik müəllimidi.
    Ana nəvazişi bizi yaşadır,
    Onlarsız bu həyat zindan kimidi.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər