logo

seirler.info

Atadı

    (Elvin Elxanoğlu)
    
    Həyatın ən çətin sınaqlarında
    Övladın dadına çatan atadı.
    Ailəsi çətinlik görməsin deyə,
    Gecəni gündüzə qatan atadı.

    Hər bir çətinliyə sinə gərsə də,
    Nə qədər əziyyət, zülm görsə də,
    Səndən bütün dünya üz döndərsə də,
    Hər zaman dəyişməz qalan atadı.

    Zəhməti özünə peşə biləcək,
    Canı ağrısa da, üzü güləcək.
    Öl desən, yolunda bu gün öləcək,
    Hamıdan fədakar insan atadı.

    Ailəsi başını uca edəndə,
    Övladını yaxşı övlad görəndə,
    Oğul, qız toyunda arzu deyəndə
    Sevincdən gözləri dolan atadı.

    Hər oğul böyüyüb ata olacaq,
    İllər gəncliyini ondan alacaq.
    Zamanla qocalıb yaşa dolacaq,
    Hər zaman müqəddəs olan atadı.

    Övladdan nə qədər ayrı qalsa da,
    Çovğunda olsa da, qarda olsa da,
    İllərlə yaşlansa, lap qocalsa da,
    Övladı yadına salan atadı.
  
    Elvinəm, böyüyə hörmət etmişəm,
    Atamı, anamı əziz bilmişəm.
    Anama gözümün nuru demişəm,
    Başımın tacı hər zaman atadı.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər