logo

seirler.info

Atamdır

    (Elvin Elxanoğlu)
    
Bilsinlər həyatımdan əziz canım atamdır. 
Əlbət ki, mənim şöhrətim həm şanım atamdır.

Zəhmətlə yaşatmış bizi bu vaxta gətirmiş,
Qaçmış o haramdan, halal insanım atamdır. 

Hər kəs də bunun şahidi olmuş, bilir əlbət, 
Fəxrimdi, qürurumdu, adım-sanım atamdır. 

Məğrurluğu, möhkəmliyi öyrənmişəm ondan, 
Gəl gör ki, ən həssas və zəif yanım atamdır.

Hər kəlməsi qanundu mənimçün, böyüyümdü, 
Baş tacıdı, şahım və də sultanım atamdır. 

Hər kəs atasın qədrini bilsin- deyir Elvin, 
Arxam, dayağım, dərdimə dərmanım atamdır.
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər