seirler.info
Azadlığım xoş gəlir
(Sevda İbrahimli)
Bir gözümüz gülürsə,
O birindən yaş gəlir.
Gül kimi tər sinələr
Güllələrə tuş gəlir.
Bizim əsgər balalar,
Sevə-sevə döyüşür.
Sinə səngər qalalar,
Düşməni süründürür.
Qürurludur vətənim,
Əsgərim var, ordum var.
Artıq bitsin həsrətim,
Vətənsevər yurdum var.
Bu gün haqqın istəyir.
El qələbə gözləyir,
Nəhayət Qarabağa
Azadlığım xoş gəlir.
01.09.2020.
_______________________________________________
Teqlər: Sevda İbrahimli şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri