(Nəriman Həsənzadə)
Od ürəkli, od nəfəsli diyarımsan,
Ocağına canım qurban, Azərbaycan!
Əzilsən də, əyilməyən vüqarımsan,
Bu çağına canım qurban, Azərbaycan!
Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban.
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban, Azərbaycan!
Neçə gizli sərvət yatır qucağında,
Neçə ölkə od aparır ocağından,
Azadlığın al rəmzi var bayrağında,
Bayrağına canım qurban, Azərbaycan!
Hər uğurun gələcəyə bir yol açır,
Hər dost elə xoş niyyətin işıq saçır.
Hər millətə, hər məzhəbə isti, açıq
Qucağına canım qurban, Azərbaycan!
Başım üstdə məğrur-məğrur dalğalanan
Bayrağına canım qurban, Azərbaycan!
Ruhuma büt, cismim üçün vətən olan
Torpağına canım qurban, Azərbaycan!
______________________________________________
Teqlər: Nəriman Həsənzadə şeirləri,
Nəriman Həsənzadə Azərbaycan şeiri,
seirler,şeirlər, şeir, Azerbaycan seiri,
neriman hesenzade azerbaycan seiri,
torpağına canım qurban Azərbaycan