seirler.info
Azərbaycan mənəm
(Sevda İbrahimli)
Azərbaycan,çinarda külək səsi,
Torpağımda şəhidimin nəfəsi.
Bir ömrün alnına yazılan adım,
Mən Vətənin həm canı, həm qanıyam!
Gözlər Xudafərin körpüsündədir,
Səsim Laçın yolu həsrətindədir.
Sinəmdə Savalan, ürəkdə Muğan,
Qarabağ ruhumda qəlbim çağıran.
Dəmir yumruq kimi çırpıldı dağlar,
Övladlar tarixə imza atdılar.
Alovlar içində oyanan işığam,
Mən də bu torpağın yazı, qışıyam!
Azərbaycan,təkcə bir torpaq deyil,
Bir yanım əsirlik, bir yanım səfil.
Bir yanda Şuşam var, gözümün nuru,
Bir yanda Gəncəmin oğul qüruru.
Qanla yoğrulmuşdur hər qarış daşım,
Əsrlər susanda danışar başım.
Mən bu xalqın qəlbində döyünən ah,
Mən Bəsitçay qədər, Xəzər qədər saf!
Əlində bayraqdır mənim şeirim,
Sözlərim qılıncdır, kəsəri yerin.
Dillər əzbəri tək oxunar adım,
AZƏRBAYCAN mənəm! desin hər qadın!
11.04.2025
_______________________________________________
Teqlər: Sevda İbrahimli şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri