logo

seirler.info

Qaytar məni babam olan illərə

    (Elvin Elxanoğlu)
    
    Yoxluğu ən ağır dərd olub mənə,
    Hər yerdə babamın görsənir yeri.
    Zalım fələk, bax öyrəşə bilmirəm,
    Qaytar mənə babam olan illəri.

    Məni hamıdan çox o istəyərdi,
    Hər zaman sevərək əzizləyərdi.
    Mənim babam dünyalara dəyərdi,
    Qaytar mənə babam olan illəri.

    Həsrət qalmışam mən onun səsinə,
    Qaçıb sığınardım mən sinəsinə.
    O da doymamışdı öz nəvəsinə,
    Qaytar mənə babam olan illəri.
    
    Bir vaxtlar üzümü güldürərdilər,
    Artıq şəkillər də ağladır məni.
    Ya məni keçmişə apar, ya da ki,
    Qaytar mənə babam olan illəri...
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər