logo

seirler.info

Bacı şeiri

    (Elvin Elxanoğlu)
    
    Bacım, əziz bacım,
    Ay gözəl bacım,
    Ay mənim dəyərlim,
    Mənim baş tacım...
    Sənsən bu həyatda varım-dövlətim,
    Sənsən mənim ən dəyərli zinətim.
    Bir evdə keçibdi uşaqlığımız -
    O ən doğma olan,
    O pak, ən təmiz.
    İndi şəkillərdə axtardığımız,
    O qayğısız keçən saf çağlarımız…
    Birlikdə görmüşük gözəl günləri,
    Birlikdə aşmışıq çətinlikləri.
    Bir evdə böyüyüb başa çatmışıq,
    Bir evdə etmişik dəcəllikləri…
    Səninlə bağlıdı xatirələrim,
    Hərdən düşünürəm, salıram yada:
    “Bacıdan dəyərli, bacıdan əziz,
    Görəsən, bir varlıq varmı dünyada?”
    Bacım, gözəl bacım, mehriban bacım,
    Bil ki, sən hər zaman mənə lazımsan.
    Uca Yaradana şükürlər olsun,
    Yaxşı ki, həyatda mənim bacımsan…
    Bütün gözəlliklər qoy sənin olsun,
    Qəm-kədər qarşına çıxmasın sənin.
    Gözlərin gülüşün vətəni olsun,
    Dərdlər ürəyini sıxmasın sənin…
    Bacı hər qardaşa gərəkdi, gərək,
    Dar gündə yanına ilk o gələcək.
    Səninlə ağlayıb, sənlə güləcək…
    Bacılar hər evə bazəkdi, bəzək,
    Bir bacı bir evdə solmayan çiçək.
    Bacı ən xoş arzu, ən gözəl dilək,
    Bacı bir anadı, analar mələk -
    Gəlin, bacımızın qədrini bilək…
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər