logo

seirler.info

O xal nə xaldı üzündə, özün danış bari


    O xal nə xaldı üzündə, özün danış bari,
    Gözəlliyin elə bil nöqtəsin qoyub Tari.
    
    Olunca aşiq, əl üz başdan, at başın dərdin,
    Başınla sındır onunla aranda divari.
    
    Könül saçından alırdım, can olmadı razı,
    İnad edib, geri qaytardı zülfünə sari.
    
    Saçın yürütdü qoşun, aldı qəlbimin mülkün,
    Nə us* dedi, nə ulus, dustaq etdi qullari.
    
    Əzəldə hərflər üzrə xalın qoyub nöqtə,
    Qurub mələklərə məktəb açıqlar əsrari.
    
    Sənin nə üzdə, nə batində var tayın, ondan,
    İnandı “vəhdət”ə arif və “tək” bilər yari.
    
    Sənin gözəlliyini sonsuz eyləmiş Tanrı,
    Saqın o fitnəli gözdən ki, yoxdur oxşarı.
    
    Üzündə Tanrı camalın, səsində Tanrı səsin,
    Nə kor görər, nə də ki ilgiləndirər kari.
    
    Salıbdı qəlbimə kök, sehr edib camali məni,
    Üzündən özgə gözüm görməz oldu əğyari.
    
    Səba gəzişdi saçında, cahanə faş etdi,
    Olunca xəstə könül halının xəbərdari.
    
    Nəsimi göylərə dirçəldi zülfünü tutcaq,
    İlahi saxla nəzərlərdən o füsunkari.
    
    * Us – türkcə, ağıl.
  
  
  
    _________________________________________
    Teqlər:  Imadəddin Nəsimi qəzəlləri , 
    İmadəddin Nəsimi, qəzəllər, qezeller,
    İmadeddin Nesimi qezelleri, qəzəl, qezel
    
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər