seirler.info
Baxmaz
(Ramiz Rövşən)
Qəm ki, doldu bir ürəyə,
Üstünə-üstünə baxmaz.
Baxmaz yediyi çörəyə,
Atdığın addıma baxmaz.
Gözlərin yaşarar qəmdən,
Ürəyin qaşınar qəmdən,
Bu sifətdə, bu görkəmdə
Güzgü də adama baxmaz.
Baxtın düşər səndən uzaq,
Yüz yol çağır:
- A baxt!.. A baxt!..
Qumdan evcik hörən uşaq
Sularda batana baxmaz.
_____________________________________
Teqlər: Ramiz Rövşən şeirləri,
Ramiz Rövşən baxmaz şeiri,
Ramiz Rovsen seirleri,
baxmaz şeiri, super şeir,
baxmaz seiri, seirler,şeirlər
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri