logo

seirler.info

Dalğalan üçrəngli bayraq

    (Elvin Elxanoğlu)
    
    Dalğalan, üçrəngli bayraq,
    Zəngilanda, Füzulidə,
    Xankəndi, Şuşa, Laçında,
    Qubadlıda, Kəlbəcərdə.

    Dalğalan, üçrəngli bayraq,
    Qədim Şuşa qalasında.
    Cəbrayıl, Xocavənd, Ağdam,
    Ağdərənin səmasında.

    Dalğalan, üçrəngli bayraq,
    Qarabağın hər yerində.
    Səni şəhidlər, qazilər
    Daşıyıb öz sinəsində.

    Dalğalan, üçrəngli bayraq,
    Qəhrəmanlar ölkəsində.
    Dalğalansın, qoy şəhidlər
    Rahat yatsın kölgəsində.

    Dalğalan, üçrəngli bayraq,
    Zəfərlər yaraşır sənə.
    Sən dostlara güvən verib
    Qorxu saçırsan düşmənə.
    
    Şöhrətin dillər əzbəri,
    Diyar-diyar dolaşırsan.
    Üçrəngli, şanlı bayrağım,
    Zirvələrə yaraşırsan.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər