seirler.info
Dərya kimi yarın görünən gözləri bəh-bəh
Dərya kimi yarın görünən gözləri bəh-bəh,
Mənalı baxışlarla süzür bizləri bəh-bəh.
O addım atan yerdə açır qönçə çiçəklər,
Hər növ çiçəyin sərgisidir izləri,bəh-bəh.
Hər kəs onu gördükdə deyir Huridi,görsə
Heyrətlə deyər hurilərin özləri bəh-bəh.
Zahid belə qarşında əyildi,yaman əydin
Bir vaxtı namazçün əyilən dizləri, bəh-bəh.
Kiprik oxun atdın, neçə zalimləri yıxdın,
Etdin tamam acizlərin acizləri, bəh-bəh.
Allah yaradan möcüzədir ki, o səbəbdən,
Göylərdə mələklərdi mühafizləri,bəh-bəh.
Heyrətdədir aləm, sual etməkdədir aləm,
Hardan tapıb İman yazır o sözləri,bəh-bəh.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri