seirler.info
Bəlkə məni sevəsən...
(Xalidə Nuray)
Yollarında həsrət olub bitərəm
Gözlərində sevgi olub itərəm
Bir meh olub ürəyini öpərəm,
Bəlkə məni sevəsən...
Yağış olub tellərinə ələnim
Baxışımla vüsalına bələnim
İlahidən sənə sevgi dilənim
Bəlkə məni sevəsən...
Nəfəsimdə yaza dönüb bu sevda
Ürəyimi oda qalayıb, oda
Dilim yansın, əgər desəm əlvida
Bəlkə məni sevəsən...
Gülüşündə gülüş olub dincəlim
Bu sevgidən gül çiçək dərsin əlim
İcazə ver bu gün görüşə gəlim
Bəlkə məni sevəsən...
Məni vurdu bu sevdanın küləyi
Neyləyirəm sənsiz olan ürəyi,
Bacarmadım bəlkə səni sevməyi,
Bəlkə məni sevəsən.
______________________________________________
Teqlər: Xalidə Nuray şeirləri,
Xalidə Nuray bəlkə məni sevəsən şeiri,
belke meni sevesen seiri Xalide Nuray,
xalide nuray seirleri, şeirlər, şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri