seirler.info
Analar bəzəyi
(Mirzə Ələkbər Sabir)
Bəzək, bəzək ki, deyirlər, cəvahirat deyil,
Cəvahirat bu gün ziynəti-həyat deyil.
Nədən cəvahirə fəxr eyləsin gərək nisvan?
Cəmadə fəxr isə şayani-ümmühat deyil.
Həqiqi validənin ən şərəfli bir bəzəyi –
Ədəbli, uslu çocuqdur, təcəmmülat deyil.
O madərin ki, yox övladə hüsni-tərbiyəsi,
Səzayi-məkrəməti-nami-validat deyil.
Həyata layiq olan ziynət – elm gövhəridir
Ki, boylə bir dirilik qabili-məmat deyil.
-Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 299
______________________________________________
Teqlər: Mirzə Ələkbər Sabir şeirləri,
Mirzə Ələkbər Sabir analar bəzəyi şeiri,
analar bezeyi seiri mirze elekber sabir,
deyil şeiri sabir, deyil seiri, şeirlər
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri