logo

seirler.info

Bilmirəm

    (Elvin Elxanoğlu)
    
    Günün hansı vaxtı, hansı saatı -
    Gündüzmü, yoxsa ki gecə unudum?
    Heç zaman ağlımdan çıxmırsan axı,
    Bilmirəm mən səni necə unudum...

    Sənsiz hər saatım dönüb olur il,
    Səni xatırladır hər mahnı, şəkil.
    Bilin ki – Ayrılıq unutmaq deyil,
    Qəlbimə nə deyim, necə ovudum?
    Bilmirəm mən səni necə unudum...

    Qəlbim qanad açır səni duyanda,
    Hər gecə görürəm səni röyamda.
    Ürəyim sızlayır xatırlayanda,
    Necə həzm eyləyim, mən necə udum?
    Bilmirəm mən səni necə unudum...
    
    Sənli günlərimə qayıda bilsəm,
    Axan göz yaşımı quruda bilsəm,
    Unudardım səni, unuda bilsəm.
    Sənin həsrətinlə saraldım, soldum,
    Bilmirəm mən səni necə unudum...
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər