logo

seirler.info

Birdənəsən

    (Əliağa Vahid)
    
    Gözəllər içrə sən, ey mahiparə, birdənəsən,
Gözəllərin gözüsən, zülfüqarə birdənəsən.

Gülüzlü nazlı sənəmlər düşər qədəmlərinə,
Bu çeşmi-məst ilə qılan işarə birdənəsən.

Sən olmasan məni hicran dəmi həlak eylər,
Şikəstə könlümə aləmdə çarə birdənəsən.

Zəmanə əhlinə məşhursan gözəllikdə,
Bu sirr gizli deyil, aşikarə birdənəsən.

Rəqibi qoyma yaxın vəslinə, xəyanət edər
Ki, qorxuram səni çəksin kənarə birdənəsən.

O zövqü dövləti-dünyaya vermərəm hərdən
Məni fəqirə də qılsan nəzarə bir dənəsən.

Gözəl həyatını Vahid fənaya sərf etmə,
Səni zəmanə yetirməz dübarə birdənəsən.



_______________________________________________
Teqlər:
Əliağa Vahid qəzəlləri,
Gözəllər içrə sən,ey mahiparə,birdənəsən, Əliağa Vahid birdənəsən qəzəli, qəzəl, Eliaga Vahid, birdenesen qezeli, qəzəllər, Vahid qəzəllər, super qəzəllər, Vahidin qəzəlləri, sevgi qezelleri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər