seirler.info
Bir dünya istəyirəm
(Elvin Elxanoğlu)
Bir dünya istəyirəm -
Orda pislik olmasın.
Hər yan işıqlı olsun,
Gündüzlər doğan günəş
Gecələr yox olmasın...
Bir dünya istəyirəm -
Orda dərd-qəm olmasın,
Üzlərdə gülüş olsun.
Bir dünya istəyirəm -
Heç kimin xəyalları
Qəlbində boğulmasın...
Bir dünya istəyirəm -
Analar qocalmasın,
Cavan qalsın atalar.
Həmişə deyə-gülə
Yanımızda qalalar...
Bir dünya istəyirəm -
Orda savaş olmasın,
Orda qaçqın olmasın.
Orda azğın ləpələr,
Üc yaşında körpəni
Sahillərə vurmasın...
Hər kəsin evi olsun,
Kimsə evsiz olmasın.
Kimsə soyuq havada
Çadırlarda qalmasın...
Bir dünya istəyirəm -
Vaxtsız ölüm olmasın.
Bir dünya istəyirəm -
Analar ağlamasın.
Bir dünya istəyirəm -
Sevənlərin gülləri
Əllərində solmasın...
Bir dünya istəyirəm -
Xəyanətdən çox uzaq,
Qəm-kədərdən çox uzaq.
Sevənlər bir-birinə
Hər an sadiq qalacaq...
Bir dünya istəyirəm -
Xəstəliklər olmasın,
Hamı sağlam yaşasın.
Bir dünya istəyirəm -
Orda sevinc çox olsun,
Orda kədər,
Orda nifrət,
Orda həsrət yox olsun...
Bir dünya istəyirəm -
Kimsə yetim qalmasın:
Hamının həm atası,
Həm də anası olsun.
Kimsəsizlər evləri
Məktəb binası olsun...
Bir dünya istəyirəm -
Orda pul işləməsin.
Orda nə kasıb olsun,
Nə də ki varlı biri.
Orda hər şey bərabər,
Orda hamı düz olsun...
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri