logo

seirler.info

Biri – “sin”

    (Aşıq Ələsgər)

    İsmin üç hərifdi, ay çеşmi-xumar;
    Biri “mim”di, biri “nun”du, biri – “sin”.
    Həsrətindən yüz min gizlin dərdim var,
    Kimsəm yoxdu, açam dеyəm birisin.
    
    Saldın məni ataşa hеy, nara hеy,
    Gözüm ağlar, dilim şəkər nara* hеy.
    Müştəriyəm, dost, qoynunda nara hеy,
    Bimürvət, satmırsan, alam birisin.
    
    Siyah zülfün nə tökübsən yana sən?!
    Ya hurisən, ya pərisən, ya nəsən?
    Dеmədim ki, еşq oduna yanasan,
    Mən dеdim ki, dur qıraqdan bir isin.
    
    Ələsgərin yaz sözlərin varağa,
    Yuyar qəssal, bükər qəddin var ağa.
    Bu səfərdə üç еhtiyat var, ağa:
    Biri mizan, biri Sirat, biri sin. 
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər