seirler.info
Qarabağ bizimdir
(Elvin Elxanoğlu)
Qanla tarix yazır şanlı ordumuz,
Günbəgün qayıdır ata yurdumuz.
Erməni, rədd ol, get, bəsdi durdunuz,
Qarabağ bizimdi, bizim olacaq!
İllərdi deyirik – Rədd olun, gedin,
Demədik Şuşada meymunluq edin.
Sonunda başına yumruğu yedin,
Qarabağ bizimdi, bizim olacaq!
Paşinyan qudurub yallı gedirdi,
Ağlı nə kəsirdi, onu edirdi.
Bacarırsan, dur gəl rəqs elə indi,
Qarabağ bizimdi, bizim olacaq!
Türkük biz, ölmürük, şəhid oluruq,
Bizlər bir öləndə min doğuluruq.
İti qovan kimi sizi qovuruq,
Qarabağ bizimdi, bizim olacaq!
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri