seirler.info
Bu sevda
(Nüsrət Kəsəmənli)
Nahaqdan doymuşam, mən haqq gəzirəm,
Başıma bir bəla, günah gəzirəm.
Mən ki məhəbbətdən uzaq gəzirəm,
Hardan ürəyimə doldu bu sevda?
Dərdə əyilməzdim, eşqə əyildim,
Bu eşqi Tanrının cəzası bildim,
Mən ki bu sevgiyə hazır deyildim,
Gül kimi əlimdə soldu bu sevda.
Yenə mən olmadım ülfəti qıran,
Sevdimmi, eşqimdə ölüncə varam,
Kədəri bir dünya, sevinci bir an,
Məni bəlalara saldı bu sevda.
Təkliyə sən necə dözürdün, Allah,
Bu eşqlə qəbrimi qazırdın, Allah,
Özünə şərikmi gəzirdin, Allah,
Sənə istəyimi böldü bu sevda.
_____________________________________
Teqlər: Nüsrət Kəsəmənli şeirləri ,
Nusret Kesemenli, seirler,
Nusret Kesemenli seirleri,
bu sevda şeiri, bu sevda seiri,
hardan ürəyimə doldu bu sevda,
Nüsrət Kəsəmənli bu sevda şeiri,
ayrılıq şeirləri, şeir,
sevgi şeirləri, super şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri