seirler.info
Vurub hicran mənə yarə, vüsaldan başqa yox çarə
Vurub hicran mənə yarə, vüsaldan başqa yox çarə,
Bütün aləm sənə aşiq, o avarə, bu avarə.
Gözüm dolmuş xəyalından, gözümdə Tanrı nurin an,
Dəyir sərxoş başım hər an o divarə, bu divarə.
Gecəm Qədr* oldu zülfündən, işıq saç, ay ayüzlüm, sən
Saqın, rəhm et ki, onsuz mən, gecəm qarə, günüm qarə.
İçimdə məskən etdin xoş, dışımda səndən özgə boş,
Mənə cananə can olmuş, nə hacət qeyrə, əğyarə?
Dedi, yoxdur mənə meyli, məni Məcnun edən Leyli,
Sözündən fərqlidir feli, inanmam dildə dildarə.
Sənin ətrin verir hər yer, Səba tək gəzmişəm bir-bir,
Nə dersən, son sözün bildir mənə, ey yari-məhparə.
Dünü nisgil, günü matəm, səninlə olmayan həmdəm,
Çiçək tək ətrini hər dəm, açır yarə, saçır yarə*.
Əlacım vəsli-cananə, nə hacət başqa dərmanə?
Təbib, dur get, çəkil yanə, qalıbdır son əlac yarə*.
Cahanın nazını bulmaz, bəlanı sevməyən qurnaz,
Bəla axtarmayan qanmaz, qalar biçarə-biçarə.
Mənə eşqin vurub zəncir, canı azad edib şəmşir,
Fələk tək əl-ayaqsız seyr edir səyyarə-səyyarə.
Gözü haq nurunu görməz bir insan, səhv edər min kəz,
Çəkər qürbət başı tez-tez, düşər ucqarə, ucqarə.
Nəsimi kami sənsən sən, üzün bayram, camalın şən,
Dözər, etməz giley səndən, o azarə, bu azarə.
_________________________________________
Teqlər: Imadəddin Nəsimi qəzəlləri ,
İmadəddin Nəsimi, qəzəllər, qezeller,
İmadeddin Nesimi qezelleri, qəzəl, qezel,
çarə qəzəli, nəsimi care qəzəli
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri