logo

seirler.info

Çatmırıq

    (Rəşad Azəri)

    Ömür bir yel kimi keçir durmadan,
    Arzuların sabahına çatmırıq..
    Yaşayaq bir ömür könül qırmadan,
    Könüllərin gümrahına çatmırıq.

    Fikirlər çox qərib, bənzər sayağa,
    Söykənir min çürük zərif dayağa.
    Sualdır bu həyat başdan-ayağa,
    Sualların izahına çatmırıq.

    Haqqın səsi fəryadların dilində,
    Məzlum ömrü zalımlərin əlində.
    Dünya yükü məzlumların belində,
    Məzlumların o ahına çatmırıq.

    Duaların ümid adlı yarı var,
    Ümidlərin səbir adlı varı var.
    Yolların da çınqılı var, xırı var,
    Tənbehlərin islahına çatmırıq.

    Bir yol var: haqq yolu haqqın adında,
    Yolumuz puç olur şeytan badında.
    Söylə qalsın Azərinin yadında,
    Yaradanın pənahına çatmırıq.



  
_______________________________________________
Teqlər:
Rəşad Azəri şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər