seirler.info
Məni pir eyləmiş sevdam,ağarmış saç cavanlıqda
Məni pir eyləmiş sevdam, ağarmış saç cavanlıqda,
Ayıldım ki, nələr getmiş, nələr getmiş bir anlıqda.
Məhəbbət bir günəşdir çün, yanar aşiqlər eşqində,
Sevib atəşdə yanmazsaq, işıq olmaz qaranlıqda.
Könül bağımda sən yoxsan,onünçün də olub viran,
Gül üçün ah-fəğan eylər,yəqin bülbül xəzanlıqda.
Gözəllər çox vəfasızdır, birindən etibar gəzmə,
Tapılmaz iynə axtarsan, səhər axşam samanlıqda.
Sənə ustad demək olmaz, bu fikrindən əl üz İman,
Qələm lazım deyil sənçün, əsa lazım çobanlıqda.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri