logo

seirler.info

Bir dəfə desəydin ki, mənə nazımı çəksən

    
  Bir dəfə desəydin ki, mənə "nazımı çəksən.
Əhsən deyərəm, söylərəm əhli-fədəksən"
Rəssamına bir sözlə deyərdim yetənəksən.
Ay tək gözəl hüsnünlə fəna mülkə bəzəksən,
Səndən gözəli gəlməyəcək bir daha təksən.

Ölsəm dönüşüm yoxdu yolundan bu qərardır,
Söykəndiyimiz dağın əzəldən başı qardır.
Bir çox bəni-adəm mənə qarşı xətəkardır,
İnsanlara yox etibar hissim, sənə vardır
Sən bir bəşər övladı deyilsən ki, mələksən.

Gənc illəri axtarmaq olar qəddim əyilsə,
Eşqimdə müqəddəsliyi kaş,hamı da bilsə,
Öyrətməyib əlbət mənə məscid yada kilsə.
Mən razıyam əlbətdətdə ki, dildar, deyilsə,
Bir gün görəcəksən onu ancaq öləcəksən.

Zülf içrə o rüxsarini gizlətməyə son qoy,
Qorxu salaraq qəlbimi titrətməyə son qoy.
Birdən görünüb,birdən itib getməyə son qoy,
Biçarələrə dəhr(i)də zülm etməyə son qoy,
Zalım qızı bəsdir daha işgəncə,fələksən?

Bir möcüzə görsət ki, mənə olmayan olsun,
Mən tək sənə aşiq yıxılıb qalmayan olsun.
Var səbr üçün öylə kasa ki, dolmayan olsun?
Ruyində gözəllik əbədi solmayan olsun,
Yansın dilim ağzımda deyərsəm ki, çiçəksən.

Hasil olar istəklərim axır, yola düşdüm,
Əğyar ilə,sərkərdə olub xeyli çəkişdim.
Sənçün döyüşüm var, necə nəfsimlə döyüşdüm?
Bir gün yetərəm vəslinə,üsyanə girişdim,
Qəlbimdə süqut eyləməyən arzu-diləksən.

Elmin kəmaliyyata gedən rahi də sənsən,
Gizlin neçə beytin daha agahi də sənsən.
Zülmətdə ki şe'r aləminin mahi də  sənsən.
Artıq qəzəl elmin yaşadan dahi də sənsən,
Alqış sənə, əhsən sənə, İman sən ürəksən.


#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər