logo

seirler.info

Dağlar

    (Aşıq Ələsgər)

    Bahar fəsli, yaz ayları gələndə,
    Süsənli, sünbüllü, lalalı dağlar,
    Yoxsulu, ərbabı, şahı, gədanı,
    Tutmaz bir-birindən aralı dağlar.
          
    Xəstə üçün təpəsində qar olur,
    Hər cür çiçək açır, laləzar olur,
    Çeşməsindən abi-həyat car olur,
    Dağıdır möhnəti, məlalı dağlar.
    
    Yazın bir ayıdı çox yaxşı çağın,
    Kəsilməz çeşməndən gözəl yığnağın,
    Axtarma motalın, yağın, qaymağın...
    Zənbur çiçəyindən bal alı, dağlar!
    
    Yayın əvvəlində dönərsən xana,
    Son ayda bənzərsən yetkin bostana,
    Payızın zəhməri qoyur virana,
    Dağıdar üstündən calalı, dağlar!
    
    Gahdan çiskin tökər, gah duman eylər,
    Gah gəlib-gedəni peşiman eylər,
    Gahdan qeyzə gələr, nahaq qan eylər,
    Dinşəməz haramı, halalı dağlar.
    
    Ağ xələt bürünər, zərnişan geyməz,
    Heç kəsi dindirib keyfinə dəyməz,
    Sərdara söz deməz, şaha baş əyməz,
    Qüdrətdən səngərli, qalalı dağlar.
    
    Köçər ellər, düşər səndən aralı,
    Firqətindən gül-nərgizin saralı,
    Ələsgər Məcnuntək yardan yaralı,
    Gəzər səndə dərdli, nalalı, dağlar!
    
    Ərbab - burada: varlı, dövlətli.
    Gəda - fəqir, dilənçi.
    Abi-həyat - dirilik suyu.
    Möhnət - burada: həsrət.
    Məlal - kədər, qəm.
    Zənbur - arı.
    Zəhmər - şaxta, burada: dəhşət.
    Qeyz - acıq, hirs, qəzəb, hiddət.
    Dinşəməz - ayırmaz, fərq qoymaz.
    Zərnişan - zərlə işlənmiş (parça)
    Firqət - ayrılıq. 
  
  
  
    _______________________________________________
    Teqlər: Aşıq Ələsgər şeirləri, 
    Aşıq Ələsgər dağlar şeiri, şeir, qoşmalar,
    Aşıq Ələsgər qoşmalar, Asiq Elesger seirleri,
    Aşıq Ələsgər müxəmməslər, Aşıq Ələsgər gəraylılar,
    Aşıq Ələsgər təcnislər, super şeirlər, şeirlər,
    Aşıq Ələsgərin qoşma və gəraylıları, seirler 
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər