seirler.info
Daha səni istəmirəm
(Elvin Elxanoğlu)
Sanma ki, həsrətin yandırar məni,
Sənsizlik güc gəlib sındırar məni.
Get, daha itirdin səni sevəni,
Onu bil ki, səndən heç nə gözləmirəm.
Daha səni istəmirəm!
Sən mənim sevgimə layiq deyilsən,
Getdin, özgəsinə saldın meyil sən.
Bu gündən mənimçün heç kim deyilsən,
Get, bir söz söyləmə, mən dinləmirəm.
Daha səni istəmirəm!
Sən də mənsizliyə alışacaqsan,
Məni unutmağa çalışacaqsan.
Zamanla keçmişə qarışacaqsan,
Bundan sonra sənə sevgi bəsləmirəm.
Daha səni istəmirəm!
Artıq xəyalınla ovunacağam,
Bu gündən mən səni yox sayacağam.
Səni öz qəlbimdə basdıracağam,
Unut məni... Başqa bir söz söyləmirəm.
Daha səni istəmirəm!
Artıq biz deyilik, sən və mən varıq,
Zamanla hər şeyi biz unudarıq.
Ayrı-ayrılıqda xoşbəxt olarıq,
Əlvida, get, sənə qarğış demirəm.
Daha səni istəmirəm!
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri