logo

seirler.info

Darıxmaq nədir?

    (Elvin Elxanoğlu)
    
    Sən heç bilirsənmi darıxmaq nədi?
    Ağlından çıxarıb ata bilmirsən.
    Hər yanda gözünün önündə durur,
    Əlini uzadıb çata bilmirsən.

    Sən heç bilirsənmi darıxmaq nədi?
    Heç odsuz-alovsuz alışmısanmı?
    İşıqlar narahat edibmi səni?
    Hamıdan qaçmağa çalışmısanmı?

    Qaranlıq otağa keçib sonra da
    Qapını kilidli saxlamısanmı?
    Bir kimsə duymasın deyə hönkürüb
    Əlinlə ağzını bağlamısanmı?

    Sən heç bilirsənmi darıxmaq nədi?
    Zamanla içində bir ümid doğur.
    Qəlbinə süzülən o göz yaşların
    Həmən o ümidi hər dəfə boğur.

    Sən heç bilirsənmi darıxmaq nədi?
    Qəlbin sızıldayır xatırlayanda.
    Bəzən də yuxuda görürsən onu,
    Amma yoxa çıxır sən oyananda.
  
    Sən heç bilirsənmi darıxmaq nədi?
    “Düzələr” – deyirsən, heç vaxt düzəlmir.
    Sanki gözləyirsən dayanacaqda,
    Gözlədiyin qatar gəlmir ki, gəlmir.

    Sən heç bilirsənmi darıxmaq nədi?
    Darıxmaq bir qəlbin fırtınasıdı.
    Nə ölə bilirsən, nə yaşıyırsan,
    Yaşamla ölümün astanasıdı.
    
    Darıxmaq qəlbinin tam ortasında
    Fırtına qoparan çarəsizlikdi.
    Darıxmaq keçmişin axtarışında
    Gələcəyə olan ümidsizlikdi.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər