logo

seirler.info

Dünyaya dəyər

    (Elvin Elxanoğlu)
    
    Durub gözlərinə baxmaq istərəm,
    O dərin baxışlar ruhumu alır.
    Dəniz gözlərində batmaq istərəm,
    Hər baxış qəlbimə dərin iz salır.

    O saf təbəssümün dünyaya dəyər,
    Günəş gülüşündən sanki nur alır.
    Lalələr, nərgizlər sənə baş əyər,
    Almazlar qarşında kölgətək qalır.

    Bütün musiqilər səsinlə susur,
    Sən sussan, sevgimiz nəfəssiz qalar.
    Səsinlə bu ruhum tapır bir hüzur,
    Hüzursuz həyatdan kim ləzzət alar?

    Nə yaxşı, qarşıma çıxmısan, gülüm,
    Səni hər görəndə dərdim azalır.
    Havatək ömrümə axmısan, gülüm,
    Ürəyim sevginlə tək nəfəs alır.
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər