logo

seirler.info

Deyil

    (Elvin Elxanoğlu)
    
    Heç vaxt belə bağlama dünya malına,
    O müvəqqətidi, daimi deyil.
    Gülməyin birinin kasıb halına,
    Kasıblıq kimsənin seçimi deyil.

    Zaman... Hər bir dərdin əlacı budu,
    Kim səbrlidirsə, bax güclü odu.
    İnsan Yaradanı çox tez unudur,
    Yaşanan heç bir şey təsadüf deyil.

    Bu gün varlısansa, sabah kasıbsan,
    Uçuq bir daxmada tənha qalıbsan.
    Ömür çox qısadı, bax qocalıbsan,
    Deyib-güldüklərin yanında deyil.

    Bax hələ ki gedib-gəlir nəfəsin,
    Mənliyini öldürməsin həvəsin.
    Yaxşılıq et, Tanrı versin əvəzin,
    İnsanlıq heç zaman öləsi deyil.

    Var-dövlət bir şansdı verilib sənə,
    Çalış yardım eylə əlin yetənə.
    Layiqli övlad ol ana vətənə,
    Şair bu sözündən dönəsi deyil.
    
    Elxanoğlu deyər – Yalandı dünya,
    Çox padşahlar yola salandı dünya.
    Nə sənə, nə mənə qalandı dünya,
    Dünyada heç bir şey əbədi deyil!
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər