seirler.info
Deyiləm
(Əliağa Vahid)
Dəyişmişəm, gözəlim, indi sən deyən deyiləm!
Get, hər kiminlə gəzirsən gəz, inciyən deyiləm!
Mənimlə qaş-göz atırsan, gəzirsən özgəylə,
Bu rəngi gəlmə mənə, şivə-zad yeyən deyiləm.
Çəkibdir ətrini biganə qönçəlikdə sənin,
Sən indi gültək açılsan da, iyləyən deyiləm.
Məni şirin dil ilə bəs deyilmi aldatdın?
Zəmanə görmüşəm, axır, iməkləyən deyiləm.
Əgər öləndə həyatım sənin əlində ola,
Düşüb qədəmlərinə minnət eyləyən deyiləm.
Özüm də Vahidəm, aləm bilir dəyanətimi,
Sənin kimi gedib əğyarə baş əyən deyiləm.
_______________________________________________
Teqlər: Əliağa Vahid qəzəlləri,
Dəyişmişəm, gözəlim,indi sən deyən deyiləm ,
Əliağa Vahid deyiləm qəzəli,qəzəl,
Eliaga Vahid,deyilem qezeli, qəzəllər ,
Vahid qəzəllər,super qəzəllər,
Vahidin qəzəlləri,sevgi qezelleri