seirler.info
Dəymədi
(Aytəkin Səfərəliyeva)
Bu dünyada çox şey gördüm düyərdim
Sənin kimi insafsızın görmədim.
Mən hər yerə ayaq açdım yeridim,
İstənməyən bir ürəyə girmədim.
İndi məni yoxluğunla incitmə
İnciyərsəm incidərəm küsərsən.
Ayrılığa doğma olub, mənə yad
Haqq salamı bircə günə kəsərsən.
Tanıyıram lap əzəldən mən səni
Ruhsuz idin bilə-bilə inandım.
Mən o qədər inanmağı istədim
Hər yalana gülə-gülə inandım.
Elə bildim dəyişmisən daha sən
Qüruru da uzaq etdim özümdən.
Əşi hər şey cəhənnəmə bilirsən?!
Özüm düşdüm əməlimlə gözümdən.
Külək oldum qol budağım qırıldı
Bir yarpağım başın önə əymədi.
Məni sıxan inanmağım deyil ki,
Mən sevdiyim sevməyimə dəymədi.
_______________________________________________
Teqlər: Aytəkin Səfərəliyeva şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri