logo

seirler.info

Dindir məni hərdən

    (Əliağa Vahid)
    
    Dindir məni hərdən, gözəlim, fürsət olanda,
Vəslin bizə bir an, nə olar, qismət olanda?

Bax, gör, məni zülfün ne perişanliğa saldı
Bir gün açaram dərdimi cəmiyyət olanda.

Yüzlərlə cəfa etsən, unutmaz seni könlüm
Fikrimdəsən, ey gül, yenə hər söhbət olanda

Biganə əgər olmasa, tez vəslə yetərdik
Kim xeyr görüb düşməni kəmfürsət olanda?

Zülfün ki, tutub ruyini, çox qorxuram ondan
Aləm toxunar bir-birinə zülmət olanda

Könlüm necə sənsiz, gözəlim, naləsiz olsun
Bülbül dayanarmı gülünə həsrət olanda?

Vahid,hələ qarşında böyük bir gələcək var
Dünya bizə ləzzət verəcək cənnət olanda!



_______________________________________________
Teqlər:
Əliağa Vahid qəzəlləri,
dindir məni hərdən qəzəli, qəzəl, Əliağa Vahid dindir məni hərdən, Eliaga Vahid, dindir meni qezeli, Vahid qəzəllər, super qəzəllər, Vahidin qəzəlləri, sevgi qezelleri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər