logo

seirler.info

Məni divanə edib...

    (Elvin Elxanoğlu)
    
    Mən qəzəl lütf qılım, sən də mənə sevdanı,
    Bu təxəyyüllə gəzək, seyr eyləyək dünyanı.

    Güli-rüxsarına baxdıqca xəyal etdim ki,
    Yaradan gör nə gözəl xəlq eləyib rənanı.

    Çeşminə gülmək olubdur həmişə şayəstə,
    Tühi-əğyar nə bilər orda olan mənanı.

    Sənin o hüsnü-camalın məni divanə edib.
    Məcnunam, çöllərə düşdüm, gəzirəm Leylanı.

    Yari-xəndanımı vəsf eyləyə bilməz əğyar,
    Elvin etmiş, gözəlim, hüsnünə bu sənanı.
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər