seirler.info
Divanə tək
(Xalidə Nuray)
Sənlə keçən günlərimi,
Vərəq-vərəq yada salır,
Ağlayıram için-için.
Göz yaşlarım süzülərək,
döyəcləyir kipriyimi,
Dağ qoynunu yarıb gələn,
Sərt daşlara dəyə-dəyə,
İntihara sürüklənən,
Şəlalə tək...
Arıyıram tapmaq üçün,
Bölüşərək ah-zarımı,
Səssizlikdə inildəyən,
fəryadımı
Kam almayan,tənhalaşan,
Sən olmayan,
öz dünyamı,
Çiliklənən...
Biçarə tək...
Yalvarıram "Allah"ıma
Həyatımdan atmaq üçün,
Keçmişimi,
Qəlbi didən saxta üzü,
Ögey baxışlı gözləri,
Yaddaşımdan qara izi
Tonqal quram,cayır-cayır,
Mən yandıram,
Sevdasından dəli olan,
Divanə tək...
______________________________________________
Teqlər: Xalidə Nuray şeirləri,
Xalidə Nuray divanə tək şeiri,
divane tek seiri Xalide Nuray,
xalide nuray seirleri,şeirlər,şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri