logo

seirler.info

İnsanlıq dramı

    (Elvin Elxanoğlu)
    Türkiyədə baş verən zəlzələdən təsirlənərək…

    Bu qədər acıya dözməkmi olar?
    Dağılıb şəhərlər, yıxılıb evlər -
    Minlərlə yaralı, minlərlə ölən,
    Uçqunlar altında kömək gözləyən...

    Yıxılan sadəcə evlər deyil ki,
    Minlərlə insanın ürəkləridi.
    Həyata keçməmiş arzularıdı,
    Gerçəyə dönməmiş diləkləridi.

    İllərin zəhməti yerlə bir oldu,
    Ailələr yox oldu, göz yaşı seldi.
    Çoxu gözlərini əbədi yumdu,
    Çoxu da həyata yenidən gəldi.

    Qızının əlindən yapışıb ata,
    Çarəsizdi, yoxdu onun köməyi.
    Daşların altında ölmüş qızıdı,
    Necə dözsün buna ata ürəyi?!

    Sarılıb bir ana öz övladına
    Qorumaq istəyib son nəfəsində.
    İnşallah, cənnətdə qovuşar onlar,
    Dünyadan köçüblər hər ikisi də.
  
    Bir də atalar var, fədakar olan,
    Ölümüylə belə dərs verdi bizə.
    Atalar, çalışın, son nəfəsdə də
    Möhkəmcə sarılın öz ailənizə.
    
    İnsanlıq dramı yaşanır orda,
    Qardaşın dərdinə biz də ortağıq.
    Möhkəm ol, Türkiyə! Başın sağ olsun!
    Əlbət, bu da keçər, biz yanındayıq...
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər