logo

seirler.info

Əbədiyyətsən

(Sevda İbrahimli)
Şəhid Səadət oğlu Ədalət Hüseynliyə...

Ədalət, adını tarix yazacaq,
Qanına boyandı bu torpaq, ocaq.
Vətənin yolunda oldun bir bayraq,
Zəfərin rəmzidir adın, Ədalət!

Sinəndə yanırdı Vətən sevdası,
Düşmənə qarşıydı hər bir addımın.
Şəhidlik zirvəsi uca bir taxtdı,
Qəlbimizdə yaşar adın, Ədalət!

Düşmənlər üzünə baxa bilmədi,
Qəhrəman ruhunu qıra bilmədi.
Şücaətin tarix oldu, bitmədi,
Unudulmaz dastan oldun, Ədalət!

Ananın dualı gözləri doldu,
Sənin igidliyin ellə bir oldu.
Qəlbimiz içində alova döndü 
Nur olub parladı adın, Ədalət!

Şəhidlər ölməzdir, ruhun ucalır,
Sənin adın şanlı, bu yurd da qalır.
Müqəddəs ruhunda göylərdən baxır,
Zəfərə çağırır igid, Ədalət!

Şərəflə yaşadın, şərəflə getdin,
Torpağa can verdin, zirvəyə yetdin
Vətənin oğlusan, qəlbimizdəsən,
Əbədiyyətsən sən, şəhid Ədalət!
 
30.01.2025


  
_______________________________________________
Teqlər:
Sevda İbrahimli şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər