seirler.info
Könlüm zara gəlməkdədir hicranın əlindən
Könlüm zara gəlməkdədir hicranın əlindən,
Kar oldu qulaq ah ilə əfğanın əlindən.
Bir işçün əlim yatmır o xatırlanır ancaq,
Sevda alır aşiqlərin imkanın əlindən.
Candan keçərəm, ömrümü qurban edərəm, ta
Bir dəfə tuta bilsəm o cananın əlindən.
Tək dərdimə dərman kimi yar busəsi bəsdir,
Yox xeyri içəm dərmanı loğmanın əlindən.
Yar gəlsə ömürlük ona təzim edərəm mən,
Məcburidi nokər öpə sultanın əlindən.
Həsrətli həyat tərzinə uyğunlaşa bilməm,
Bezdim bu müsubətli güzəranın əlindən.
Ol gəlmədi aləm də bezib hay-harayımdan,
Qaçsın hara getsin bəşər İmanın əlindən.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri