logo

seirler.info

Azərbaycan əsgəri

    (Elvin Elxanoğlu)
    
    Azərbaycan oğulları dastan yazır Qarabağda,
    Şəhidlərin qisasını daim alır, alacaq da.
    Qarabağ bizim olubdu, elə bizdə qalacaq da,
    Əsgərimin duruşundan qorxur erməni itləri.
    Zəfər yalnız səninlədi, Azərbaycan əsgəri!
    
    Qorxu yoxdu gözlərində, düşmən qaçır qabağından,
    İti qovan kimi qovur düşməni öz torpağından.
    Azad edir Qarabağı mənfur düşmən tapdağından,
    Vur, titrəsin yerlər, göylər, tarix yazacaq sizləri.
    Zəfər yalnız səninlədi, Azərbaycan əsgəri!

______________________________________________
Teqlər: Elvin Elxanoğlu şeirləri
#məhəbbət_şeirləri
#ayrılıq_şeirləri
#vətənpərvərlik_şeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər